Boks üzrə dünya çempionatında Naxçıvan Boks Federasiyasının yetirməsi Sərxan Əliyev 1/4 final mərhələsinə adlayıb

A- A A+

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Mundialda iştirak edən milli komandamızın heyətində  Naxçıvan Boks Federasiyasının yetirmələri Tayfur və Sərxan Əliyev qardaşları da var. 

Sərxan Əliyev (71 kq) startda   Şotland boksçusu Stefen Nevnsi  məğlub etdikdən sonra növbəti yarış günü  yaponiyalı  Yuta Akiyama  ilə qüvvəsini sınayıb və görüş boksçumuzun 5:0 hesablı  qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə 1/4 finala vəsiqə əldə edən Sərxan noyabrın 2-də ABŞ təmsilçisi Obed Barti ilə üz-üzə gələcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: