"Tottenhem" klubunun yeni baş məşqçisi bəlli olub

A- A A+

İngiltərə "Tottenhem"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə italiyalı jurnalistlər Nikola Skira və Fabritsio Romano şəxsi tvitter səhifələrində paylaşım ediblər.

Onların hər ikisi Antonio Kontenin London klubunun sükanı arxasına keçəcəyini yazıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun illik qazancı isə 15 milyon avro olacaq.

Təyinatın yaxın saatlarda açıqlanacağı bildirilib. Hətta komandanı sabahkı məşqə Kontenin çıxaracağı gözlənilir.

Qeyd edək ki, Antonio Konte bu vəzifədə istefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: