Dünya çempionatı: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb

A- A A+

Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra səkkizdəbir finalda puerto-rikolu Yankiel Riveraya da qalib gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.

Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: