Naxçıvan karateçiləri ölkə birinciliyində 3 medal qazandı - FOTOLAR
Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclər arasında 21-ci respublika birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Vətən müharibəsində qazanılan zəfərin ildönümünə həsr olunmuş yarışda Naxçıvan Karate-do Federasiyasının 6 idmançısı iştirak edib. Təmsilçilərimizdən 3-ü mükafatçılar sırasına düşməyi bacarıb.
Nəticələrə əsasən 18-20 yaş kateqoriyası üzrə İmran Həsənov (60 kq), 16-17 yaşlılarda Fatimə Bədəlova (59 kq) və 18-20 yaşlılar arasında Rəşad Qasımov (67 kq) bürünc medal qazanıblar.
İdmançılara diplom, medal və xatirə hədiyyəsi təqdim olunub.