Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinala yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 72 kq-da çıxış edən Ülvi Qənizadə 1/4 finalda macarıstanlı Atilla Toesmagiyə 2:1 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. İdmançı finala vəsiqə uğrunda rusiyalı Sergey Kutuzovla qüvvəsini sınayacaq.