Güləşçimiz Nihad Quluzadə dünya çempionatının bürünc medalını qazanıb

A- A A+

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub.

Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımız ABŞ təmsilçisi Teylor La Monta qalib gələrək U-23 dünya çempionatının bürünc medalına sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: