UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura iki oyunla start verilib

A- A A+

Oktyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 matçdan ikisi başa çatıb.

G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniyanın "Sevilya" klubu Fransanın "Lill" klubunu qəbul edəcək.

H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada "Yuventus" və Rusiyanın "Zenit" klubları arasında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: