Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək

A- A A+

Noyabrın 4-də UEFA Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gün ərzində 8 qrupda ümumilikdə 16 görüş oynanılacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” klubu Polşada İtaliyanın “Napoli” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda Varşava təmsilçisi 6 xalla C qrupunda liderdir.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” doğma meydanında Rusiyanın “Lokomotiv”, “Fənərbağça” isə Belçikada “Antverpen” ilə qarşılaşacaqlar. Bu turda hər iki komanda səkkizdəbir finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Gün ərzində keçiriləcək görüşlər:

A qrupu

“Bröndbü” (Danimarka) – “Qlazqo Reyncers” (Şotlandiya);

“Lion” (Fransa) – “Sparta Praqa” (Çexiya).

Qrupdakı vəziyyət: “Lion”- 9, “Sparta Praqa” - 4, “Qlazqo Reyncers” - 3, “Bröndbü” - 1.

B qrupu

“Monako” (Fransa) – “PSV Eyndhoven” (Niderland);

“Real Sosyedad” (İspaniya) – “Şturm” (Qrats, Avstriya).

Qrupdakı vəziyyət: “Monako” - 7, “Real Sosyedad” - 5, PSV - 4, “Şturm”- 0.

C qrupu

“Legiya” (Polşa) – “Napoli” (İtaliya);

“Lester Siti” (İngiltərə) – “Spartak Moskva (Rusiya).

Qrupdakı vəziyyət: “Legiya” - 6, “Napoli” - 4, “Lester Siti”- 4, “Spartak Moskva” - 3.

D qrupu

“Olimpiakos” (Yunanıstan) – “Ayntraxt” (Frankfurt, Almaniya);

“Antverpen” (Belçika) – “Fənərbağça” (Türkiyə).

Qrupdakı vəziyyət: “Ayntraxt” - 7, “Olimpiakos” - 6, “Fənərbağça”- 2 , “Antverpen” – 1.

E qrupu

“Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya);

“Marsel” (Fransa) – “Latsio” (İtaliya).

Qrupdakı vəziyyət: “Qalatasaray” - 7, “Latsio” - 4, “Marsel” - 3, “Lokomotiv” - 1.

F qrupu

“Srvena Zvezda” (Belqrad, Serbiya) – “Midtüllan” (Danimarka);

“Braqa” (Portuqaliya) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan).

Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 7, “Braqa” - 6, “Midtüllan” - 2, “Lüdoqorets” - 1.

G qrupu

“Bayer Leverkuzen” (Almaniya) – “Betis” (İspaniya);

“Ferentsvaroş” (Macarıstan) – “Seltik” (Şotlandiya).

Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” - 7, “Betis” - 7, “Seltik”- 3, “Ferentsvaroş” - 0

H qrupu

“Genk” (Belçika) – “Vest Hem Yunayted” (İngiltərə);

“Dinamo Zaqreb” (Xorvatiya) – “Rapid Vyana” (Avstriya).

Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 9, “Dinamo Zaqreb” - 3, “Rapid Vyana” - 3, “Genk” - 3.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində qrupların liderləri səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Çempionlar Liqasında mübarizəni qruplarda üçüncü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: