Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı səfər qələbəsi ölkənin aktivinə daha 0,500 xal yazdırsa da, bu hər hansı irəliləyişə səbəb olmayıb.
Əvəzində hazırda 16,500 xalla 26-cı sırada qərarlaşan Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstandan uzaqlaşıb. Buna Polşa "Legiya"sının Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İtaliya "Napoli"sinə 1:4, Macarıstan "Ferentsvaroş"unun isə Şotlandiya "Seltik"inə 2:3 hesabı ilə uduzması səbəb olub.