Tələbələr Atıcılıq Mərkəzində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təkilatçılığı ilə  tələbələr Atıcılıq Mərkəzində olublar.

Tədbirdə Naxçıvan Musiqi Kolleci və Naxçıvan Müəllimlər İnstitutundan 20 tələbə iştirak edib. Tələbələr əvvəlcə mərkəzlə tanış olub, onlara  silahla davranış qaydaları və təhlükəsizliyin təmin olunması barədə məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini  Vasib Abdullayev  bildirib ki,  mərkəzdə iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi mövcuddur. Mərkəz ən müasir idman  silahları və avadanlıqlarla təchiz olunub. Bildirilib ki, idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar müəyyən edilib, atış meydançalarında stendlər qoyulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildirib  ki, atıcılıq idman növünün təbliğində məqsəd  gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlarda bu idman növünə marağın artırılması və gənclərə silahla davranış qaydalarını öyrətməkdən ibarətdir.

Sonra tələbələr altılı qruplarla  peyntbol  oyununda iştirak ediblər.

Gənclər Atıcılıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə  qədim atıcılıq sənəti olan ox atma, eləcə də tir  və stend atıcılığı üzrə də bacarıqlarını sınayıblar.

Sonda gənclər üçün çay süfrəsi də təşkil olunub.

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: