Azərbaycan 3 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşlərinə çıxacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 73 kq-da Hidayət Heydərov, 81 kq-da isə Elcan Hacıyev və Hasil Cəfərov 3-cü yer uğrunda mübarizə aparacaq.
Heydərov almaniyalı Lukas Vennekoldla üz-üzə gələcəksə, Hacıyev və Cəfərov bürünc medalın taleyini öz aralarındakı görüşdə həll edəcəklər.
Bu gün mübarizəyə qoşulan digər 8 cüdoçu isə yarışla vidalaşıb.