Premyer Liqa: "Zəfər turu" məhsuldarlıqla əlamətdar olub

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ən məhsuldar turu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Zəfər Turu" adlandırılan X turda qapılara 17 qol vurulub.

Başqa sözlə, orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Sabah” – “Zirə” (3:3) oyununda qapılara 6, “Keşlə” – “Neftçi” (3:2) matçında 5, “Sumqayıt” – “Qarabağ” (0:4) qarşılaşmasında 4 qol vurulub. Ən az - 2 top “Səbail” – “Qəbələ” görüşünə (0:2) təsadüf edib.

Azərbaycan çempionatlarında belə məhsuldarlıq sonuncu dəfə ötən mövsüm baş verib. Həmin vaxt da X tur məhsuldar alınıb.

19 qolun vurulduğu turda orta göstərici 4,75 olub. Ötən il 21 - 23 noyabrda keçirilmiş turda “Qarabağ” – “Sumqayıt” (6:1), “Qəbələ” – “Neftçi” (1:4), “Zirə” – “Keşlə” (3:1) və “Sabah” – “Səbail” (2:1) oyunları baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: