Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə doqquzuncu turuna start veriləcək

A- A A+

Noyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turuna start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin A qrupunda yer alan Azərbaycan milli komandası sonuncu görüşdə Lüksemburq yığmasını qəbul edəcək. Qrupun digər görüşündə isə Portuqaliya seçməsi İrlandiyanın qonağı olacaq. Portuqaliyalılar bu oyunda qələbə qazanacaqları sayəsində qrupda liderliyə yüksələcəklər. Bu qrupda yer alan Serbiya yığması isə Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

Azərbaycan – Lüksemburq;

İrlandiya – Portuqaliya.

Qrupdakı vəziyyət: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).

B qrupu

Gürcüstan – İsveç;

Yunanıstan – İspaniya.

Qrupdakı vəziyyət: İsveç - 15 (6 oyuna), İspaniya - 13 (6), Yunanıstan - 9 (6), Gürcüstan - 4 (7), Kosovo - 4 (7).

H qrupu

Rusiya – Kipr;

Malta – Xorvatiya;

Slovakiya – Sloveniya.

Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Slovakiya - 10, Sloveniya - 10, Malta - 5, Kipr - 5.

J qrupu

Ermənistan - Şimali Makedoniya;

Rumıniya – İslandiya;

Almaniya – Lixtenşteyn.

Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn – 1.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunun digər oyunları noyabrın 12-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: