Noyabrın 12-də Bosniya və Herseqovinada taekvondo üzrə Avropa birinciliyi start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər arasında keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq) və Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların yarışında isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Ağayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) güclərini sınayacaqlar.
Avropa birinciliyi noyabrın 15-dək davam edəcək.