Şahruddin Məhəmmədəliyev ən çox qol buraxan və ən çox qurtarış edən qapıçılardandır

A- A A+

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun ilk oyunlarında sonra statistik göstəricilər açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır.

27 yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub. San Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.

Bundan əlavə, Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 "seyv"lə Benyamin Büxel başçılıq edir.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: