Dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin doqquzuncu turunda daha səkkiz qarşılaşması keçirilib
Noyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunda növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gün ərzində 3 qrupda 8 qarşılaşma oynanılıb.
C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.
F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvəl təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.
I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.
Günün bütün görüşlərində və qruplarda olan vəziyyət aşağıdakı kimidir:
C qrupu
Şimali İrlandiya – Litva - 1:0;
İtaliya - İsveçrə - 1:1.
Qrupdakı vəziyyət: İtaliya 15 (7 oyuna), İsveçrə - 15 (7), Bolqarıstan - 8 (7), Şimali İrlandiya - 8 (7), Litva - 3 (7).
F qrupu
Moldova – Şotlandiya - 0:2;
Danimarka - Şimali İrlandiya - 3:1;
Avstriya – İsrail - 4:2.
Qrupdakı vəziyyət: Danimarka - 27, Şotlandiya - 20, İsrail - 13, Avstriya - 13, Farer adaları - 4, Moldova – 1.
I qrupu
Andorra – Polşa - 1:4;
Macarıstan – San-Marino - 4:0;
İngiltərə - Albaniya - 5:0.
Qrupdakı vəziyyət: İngiltərə - 23, Polşa - 20, Albaniya - 15, Macarıstan - 14, Andorra - 6, San-Marino - 0.