Bu gün dünya çempionatının seçmə mərhələsinin IX turuna yekun vurulacaq

A- A A+

Noyabrın 13-də futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun üçüncü gündə D, E və G qruplarında 7 qarşılaşma keçiriləcək.

G qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında Cəbəllütariq seçməsini qəbul edəcək. “Ay-ulduzlular” pley-off şanslarını davam etdirmək üçün bu oyunda mütləq qalib gəlməlidirlər.

Bu qrupun digər oyununda Norveç yığması Latviyanı, Monteneqro isə qrup lideri Niderland millisini qəbul edəcək. Niderland qələbə qazanarsa və Norveç xal itirərsə, “narıncılar” mundiala vaxtından əvvəl vəsiqə qazanmış olacaqlar.

D qrupunda Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər matçında Bosniya və Herseqovina yığması Finlandiya ilə üz-üzə gələcək.

Günün bütün görüşləri aşağıdakılardır:

D qrupu

Bosniya və Herseqovina – Finlandiya;

Fransa – Qazaxıstan.

Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 8 (6), Bosniya və Herseqovina - 7 (6), Qazaxıstan - 3 (7).

E qrupu

Uels – Belarus;

Belçika – Estoniya.

Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyuna), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).

G qrupu

Norveç – Latviya;

Türkiyə - Cəbəllütariq;

Monteneqro – Niderland.

Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: