Azərbaycanın U-19 komandası bu gün ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq

A- A A+

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda İspaniya yığması ilə qarşılaşacaq.

Qarşılaşmanı İngiltərədən olan baş hakim Davit Koote idarə edəcək. Ona Nik Hopton (İngiltərə) və Dani Dias Balsa (Lüksemburq) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sedrik Biever (Lüksemburq) yerinə yetirəcək.

Millimiz ilk oyununda Belçika yığmasına 1:5 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: