DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb

A- A A+

Rumıniya millisinin futbolçusu Enes Sali tarixə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İspaniyanın "Barselona" klubuna məxsus yarımmüdafiəçi buna Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

82-ci dəqiqədə meydana daxil olan Sali 15 yaş 264-cü günündə millidə debütünü gerçəkləşdirib. O, Avropa yığmalarında rəsmi matça çıxan ən gənc futbolçu adına yiyələnib.

Qeyd edək ki, daha əvvəl rekord norveçli Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: