UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adı müəyyənləşib

A- A A+
Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç iştirakçının adı bəlli olub. NUHÇIXAN xəbər verir ki, səfərdə Macarıstanın "Vidi" klubuna 2:1 hesabı ilə qalib gələn Yunanıstan təmsilçisi AEK doğma meydanda ilk oyunda əldə etdiyi üstünlüyünü qoruya bilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və iki oyunun nəticəsinə görə AEK Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib. Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo Zaqreb" klubu doğma meydanda 2:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Günün üçüncü qarşılaşması isə Ukraynanın "Olimpiyski" stadionunda “Dinamo Kiyev” və Hollandiyanın "Ayaks" klubları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hollandiya təmsilçisi iki oyun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanıb. Qeyd edək, Çempionlar Liqasının play-off mərhələsində məğlub olan klublar ("Vidi", "Dinamo Kiyev", "Dinamo Zaqreb") UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: