On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Lüksemburqda meydan sahibi komanda ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qələbə qazanıb.
U-19-un qollarını 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə isə Mehrac Baxşəli vurublar.
Millimiz daha əvvəl keçirdiyi oyunlarda Belçika yığmasına 1:5, İspaniya seçməsinə isə 0:6 hesabı ilə məğlub olub.