Memfis Depay və Harri Keyn “DÇ-2022”nin Avropa zonası üzrə seçmə mərhələsinin ən yaxşı bombardirləri seçiliblər - FOTOLAR

A- A A+

Futbol üzrə Niderland millisinin hücumçusu Memfis Depay və İngiltərə yığmasının forvardı Harri Keyn dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ən yaxşı bombardirləri seçiliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki futbolçu mundialın seçmə mərhələsində hərəyə 12 top vurub.

Həm Hollandiya, həm də İngiltərə millisi yer aldıqları qrupların lideri kimi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, “DÇ-2022”nin seçmə mərhələsində ikinci yeri tutan komandalar mundialın final mərhələsinə vəsiqə qazanmaq üçün martda keçiriləcək pley-off oyunlarında mübarizə aparacaqlar. Martın 24-25-də pley-off mərhələsinin yarımfinal, 28-29-da isə final oyunları keçiriləcək. Finallarda qalib gələn üç komanda isə “DÇ-2022”nin final mərhələsində iştirak hüququ qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: