Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən karate üzrə dünya çempionatının fərdi kumite yarışlarının ilkin mərhələsinin görüşləri başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 18-də fərdi kata və komandaların kumite yarışları və bütün çəkilərdə təsəlliverici görüşlər keçirilir.
Qeyd edək ki, turnirin birinci günündə karateçilərimizdən İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Yarışın ikinci günündə isə karateçilərimiz mükafatçılar sırasına düşə bilməyiblər.
Dünya çempionatında Azərbaycanı 17 karateçi təmsil edir.
Yarış noyabrın 21-dək davam edəcək.