Avropa çempionatı: Qadın şahmatçılarımızın da səkkizinci turda qarşılaşması heç-heçə ilə nəticələnib

A- A A+

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandasının da səkkizinci turda qarşılaşması heç-heçə ilə başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qadın şahmatçılarımız səkkizinci turda Macarıstan yığması ilə üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesabla başa çatıb. Belə ki, şahmatçılarımızdan Gövhər Beydullayeva rəqibi üzərində qələbə qazanıb, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə ediblər, Xanım Balacayeva isə məğlub olub.

Qeyd edək ki, kişi şahmatçılarımızın səkkizinci turda Ukrayna yığması ilə qarşılaşması da heç-heçə ilə nəticələnib.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: