"Qalatasaray" braziliyalı futbolçu ilə yollarını ayırır

A- A A+

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Qustavu Asunsan ilə yollarını ayırmaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi "Fotomac"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 21 yaşlı yarımmüdafiəçinin çıxışından razı deyil.

"Sarı qırmızılar" mövsümün əvvəlində Portuqaliya "Famalikan"ından icarəyə götürülmüş braziliyalı oyunçunu qış transfer dönəmində klubuna qaytarmaq və bu mövqeyə başqa futbolçu almağı planlaşdırır.

Qeyd edək ki, Qustavu Asunsan Türkiyə Super Liqasında iki matçda meydanda olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: