Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
NUHÇIXAN xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək. Avropanın ən güclü 32 komandası hərəsində dörd klub olmaqla səkkiz qrupa bölünəcək.
Qaydalara əsasən, komandaların adları dörd səbətə yerləşdirilib.
Birinci səbət
“Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko Madrid” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Lokomotiv” (Rusiya), PSG (Fransa);
İkinci səbət
“Borussiya” (Dortmund, Almaniya), "Portu" (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Tottenhem” (İngiltərə), “Napoli” (İtaliya), “Roma” (Almaniya), "Benfika" (Portuqaliya);
Üçüncü səbət
"Şalke" (Almaniya), "Lion" (Fransa), "Monako" (Fransa), "Ayaks" (Hollandiya), MOİK (Rusiya), PSV (Hollandiya), "Liverpul" (İngiltərə), "Valensiya" (İspaniya);
Dördüncü səbət
"Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Yanq Boyz" (İsveçrə), "İnter" (İtaliya), "Xoffenxaym" (Almaniya), AEK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), “Viktoriya” (Çexiya).
Qrup mərhələsinin oyunlarına sentyabrın 18-də start veriləcək.
Həmçinin püşkatma mərasimindən sonra 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçusu və ən yaxşı qadın futbolçusu da seçiləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.