Naxçıvan şahmatçısı beynəlxalq turnirin qalibləri sırasında

233

Türkiyədə "Mersin Büyükşehir Belediyesi V Uluslararası Satranç Turnuvası" adlı beynəlxalq turnir keçirilib. Mərsin Böyükşəhər Bələdiyyəsi və Türkiyə Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarışda Naxçıvan Şahmat Federasiyasının müəllim və şagirdləri olmaqla ümumilikdə 16 zəka sahibi iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təmsilçilərimizdən yalnız beynəlxalq usta Talıb Babayev turnirin mükafatçıları sırasına düşüb. 10 ölkədən ümumilikdə 67 şahmatçının mübarizə apardığı “A” qrupunda 9 görüş keçirən təcrübəli şahmatçımız 5 qələbə və 1 heç-heçəyə nail olub. Topladığı 5,5 xal 50 yaşdan yuxarı şahmatçılar arasında birinci (ümumi sıralamada 17-ci) olmasına səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: