UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulub.

124

UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulub. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Mahir Emreli görüşə start heyətdə çıxıb. O, 25-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub. Emreli isə 78-ci dəqiqədə əvəzlənib. 

Beləliklə, 6 xala malik Polşa təmsilçisi sonuncu pilləyə enib. VI turda "Legiya" Rusiya "Spartak"ını evdə yenə bilsə, mübarizəni ən azı qrup üçüncüsü kimi Konfrans Liqasında davam etdirəcək.  

Türkiyənin daha bir təmsilçisi "Fənərbağça" isə Yunanıstanda "Olimpiakos"a minimal hesabla uduzub. Nəticədə 5 xalla 3-cü yeri tutan "sarı-lacivərdlilər" mübarizəni Konfrans Liqasında davam etdirməli olacaq. 

Ümumiyyətlə, V turun oyunlarından sonra Avropa Liqasında növbəti mərhələyə yüksələnlərin sayı 11-ə çatıb. Bunlar Almaniyanın "Ayntraxt" və "Bayer", Fransanın "Lion" və "Monako", İngiltərənin "Vest Hem", İspaniyanın "Betis", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Qalatasaray" komandalarıdır.

Şotlandiyanın "Seltik" və Türkiyənin "Fənərbağça" klubları isə mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.

25 noyabr

UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur

A qrupu 

00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa) - 1:3

00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya) - 2:0

Xal durumu: "Lion" - 15, "Reyncers" - 7, "Sparta" - 4, "Bröndbü" - 2

B qrupu

00:00. PSV (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya) - 2:0

00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 2:1

Xal durumu: "Monako" - 11, PSV - 8, "Real Sosyedad" - 6, "Şturm" - 1.

C qrupu

00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa) - 3:1

24 noyabr

19:30. "Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1

Xal durumu: "Lester" - 8, "Spartak" - 7, "Napoli" - 7, "Legiya" - 6.

D qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə) - 1:0

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika) - 2:2

Xal durumu: "Ayntraxt" - 11, "Olimpiakos" - 9, "Fənərbağça" - 5, "Antverpen" - 2.

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2

Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0

21:45. "Midtüllan" (Danimarka)  - "Braqa" (Portuqaliya) - 3:2

Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2

Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1

Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: