Futbol üzrə İtaliya A Seriyasının 14-cü turunun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Alianz” stadionunda cari mövsüm uğursuz oyunları ilə diqqət çəkən “Yuventus” klubu öz meydanında “Atalanta” komandasını qəbul edib.
Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Berqamo təmsilçilərinin yeganə qolunun müəllifi əsas qol silahı Duvan Zapata olub.
Bu qələbə sayəsində “Atalanta” xal ehtiyatını 28-ə çatdıraraq dördüncü yerdəki yerini möhkəmlədib. “Yuventus” isə 21 xalla səkkizinci yerdə qərarlaşıb.
Turun ilk oyun günündə “Empoli” doğma azarkeşlər önündə “Fiorentina”nı (2:1), “Sampdoriya” isə “Verona”nı məğlub edib (3:1).