"İnter" Xorvatiya millisinin futbolçusu ilə müqaviləni uzadır

A- A A+

İtaliya "İnter"i futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, tərəflər sözləşmə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin yayınadək Milan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, cari mövsüm "İnter"in heyətində 18 oyun keçirən 29 yaşlı futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: