"Mançester Siti"nin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib

A- A A+

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: