Dekabrın 2-də Sumqayıt Olimpiya İdman Kompleksində gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi start götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edirlər. Birincilikdə 226 taekvondoçu mübarizə aparır. Onların 56-sı qızdır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir. Turnir iki gün davam edəcək.