Azərbaycan çempionu olmuş Həsənqulu Abdullayevlə görüş keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qazanılan uğuru yüksək qiymətləndirən gənclər və idman naziri Ramil Hacı son zamanlar Naxçıvan idmançılarının peşəkar yarışlarda inamla çıxış etməsinin sevindirici olduğunu deyib. Nazir bildirib ki, muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, yaradılan əlverişli maddi-texniki baza gənc nəslin bu istiqamətdə uğurlu karyera qurmasına böyük təkan verir. Göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirən Həsənqulu Abdullayev yarışa hazırlıq və yarış günü ilə bağlı təəssüratlarını bölüşüb, həmçinin məşqçilik fəaliyyətini davam etdirdiyini və muxtar respublika idmanında bodibildinqin gələcəyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu deyib. Həsənqulu Abdullayev növbəti il keçiriləcək Avropa çempionatının onun üçün xüsusi önəm daşıdığını və Naxçıvana qızıl medal gətirmək üçün maksimum çalışacağını bildirib.

Xatırladaq ki, klassik bodibildinq üzrə boyu 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə, həmçinin Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülüb. O, Naxçıvan idmanında bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanmaqla yanaşı, yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çepionatında iştirak etmək hüququ əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: