Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edirlər.
Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil edilib.
Turnir bir gün davam edəcək.