Naxçıvanda fəal könüllülər müafatlandırılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 5 dekabr-Beynəlxalq Könüllülər Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir qrup gənc mükafatlandırılıb.
Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva bildirib ki, 5 dekabr-Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Nazirlikdə tədbirlər planı hazırlanıb. Tədbirlər Planına uyğun olaraq dekabrın birindən başlayaq gənclər arasında müxtəlif tədbirlər təşkil olunub. Belə ki, Peyntbol və voleybol üzrə idman yarışları, motivasiya yönümlü tədbirlər keçirilib, film nümayiş etdirilib. Bu gün də həmin yarışlarda yer tutan, eləcə də il ərzində nazirlik tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edən gənclərin mükafatlandırılma mərasimi keçirilir.
Sonra qalib və fəal gənclərə diplomlar təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada könüllülərlə bağlı mühüm işlər görülüb, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanıb. Müxtəlif əhatəli könüllülük proqramları – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu könüllüləri, Sosial könüllüllər, Ekologiya, Ədliyyə, Məhkəmə, Sədərək, Səyyar dövlət qulluğu və Turizm könüllüləri, eləcə də digərləri fəaliyyət göstərir. Ötən ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi səbəbilə könüllülərlə iş sahəsində fəaliyyət daha da genişləndirib.
Mədinə Rəhimli