Azərbaycanın voleybol yığmalarının avrokuboklardakı rəqibləri bəlli olub

A- A A+

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yığma Ukrayna, Rumıniya və Macarıstanla birlikdə C qrupunda mübarizə aparacaq.

Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət Azərbaycan seçməsi isə A qrupuna düşüb. Üç komandalı qrupdakı digər 2 kollektiv Finlandiya və Macarıstandır.

Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: