UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri məlum olub

A- A A+

Avqustun 31-da UEFA  Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Monakoda keçirilən mərasimdə Avropanın 48 komandası hər birində 4 komanda olmaqla 12 qrupa bölünüb.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“A” qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr).

“B” qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leypziq” (Almaniya), “Rusenborq” (Norveç).

“C” qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Praqa, Çexiya).

“D” qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Spartak” (Trnava, Slovakiya).

“E” qrupu: “Arsenal” (İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Poltava, Ukrayna).

“F” qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq).

“G” qrupu: “Vilyarreal” (İspaniya), “Rapid” (Vyana, Avstriya), “Spartak” (Moskva, Rusiya), “Reyncers” (Şotlandiya).

“H” qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Frankfurt, Almaniya), “Apollon” (Kipr).

“İ” qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsborq” (Norveç).

“J” qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Lyej, Belçika), “Akhisar Belediyespor” (Türkiyə).

“K” qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya).

“L” qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), “Videoton” (Macarıstan).

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusu da açıqlanıb. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizman (hər ikisi “Atletiko”, İspaniya) və Dimitri Payet (“Marsel”, Fransa) mübarizə aparıblar. Bu nominasiyaya Fransa milli komandasının hücumçusu Antuan Qrizman layiq görülüb. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olub. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla əlaqədar veteran futbolçu püşkatma zamanı səhnədə olub.

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: