"Liverpul" Çempionlar Liqasında yeni rekorda imza atıb

A- A A+

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu komanda buna qitənin bir nömrəli klub turnirində qrup mərhələsinin bütün oyunlarında qələbə qazanmaqla nail olub.

Mersisayd təmsilçisi bu uğuru əldə edən ilk İngiltərə klubu kimi tarixə düşüb. "Qırmızılar" son olaraq İtaliyada "Milan"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Liverpul" B qrupunu 18 xalla birinci pillədə başa vurub. İspaniyanın "Atletiko" (Madrid) klubu 7 xalla ikinci, Portuqaliya "Portu"su 5 xalla üçüncü, "Milan" isə 4 xalla sonuncu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: