Şahmat tacı uğrunda keçirilən dünya çempionatı: Onuncu turda heç-heçə qeydə alınıb

A- A A+

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 10-cu turu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti turda heç-heçə qeydə alınıb.

Ötən turların nəticəsinə görə dünya çempionu rusiyalı şahmatçını 6,5:3,5 hesabla üstələyir.

Turnir on dörd matçdan ibarətdir.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: