“Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi səkkizdəbir finala vəsiqə uğrunda UEFA Avropa Liqasında qrupları üçüncü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq. Bunlar Çexiyanın “Sparta Praqa”, Niderlandın PSV, İngiltərənin “Lester Siti”, Türkiyənin “Fənərbağça”, Fransanın “Marsel”, Danimarkanın “Midtüllan”, Şotlandiyanın “Seltik” və Avstriyanın “Rapid Vyana” komandalarıdır.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü dekabrın 13-də atılacaq. Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.