Muxtar respublikada bir qrup gəncin Heydər Əliyev Muzeyinə ekskursiyası olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ekskursiyada gənclərə ümummilli liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılan ilk muzey haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, 1999-cu il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayan  və hazırda 4 min 700-dən artıq eksponatın mühafizə olunduğu muzey ümummilli liderin həyat və fəaliyyətinin, ictimai-siyasi, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli bir vəzifəni həyata keçirir. Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar və digər materiallar nümayiş etdirilir.

Ümummilli liderin fotolarının sərgiləndiyi guşə, Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə iş otağında istifadə etdiyi əşyalar, həmçinin yağlı boya ilə işlənən portretləri və digər eksponatlar muzeyə gələnlərdə xüsusi maraq doğurub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: