“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ikinci günü maraqlı qarşılaşmalarla yadda qalacaq.
Naxçıvantv.az xəbər verir ki, “A” qrupunda azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli iranlı şahmatçı Musəvi Seyid Xəlillə, digər qrossmeysterimiz Qədir Hüseynov isə türkiyəli qrossmeyster Sanal Vahapla qarşılaşacaq. Qrossmeyster Nicat Məmmədov iranlı Tahbaz Araşla, qadın qrossmeysterimiz Zeynəb Məmmədyarova isə Xəzər Babazadə ilə üz-üzə gələcək.
“B” qrupunda bakılı şahmatçı Ümid Aslanov iranlı həmkarı Cəfər Xamisi ilə, Şahin Vəliyev Samir Davidovla, Cəfər Cəfərov Emil Bayramovla, FİDE ustası Aynur Kətanova isə Elcan Qulamzadə ilə qarşılaşacaq.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda Niyazi Qafarov Murad İsmayılzadə ilə, Tunar Davudov Rəsul Tarverdiyevlə, Zahid Allahverdiyev Aydın Xamedovla, Nəsrin Cəfərli isə Ziya Həsənli ilə üz-üzə gələcək.