Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimin elan edib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu qrup mərhələsində ilk oyununu Portuqaliyada “Joze Alvalade” stadionunda meydan sahibi “Sportinq” klubuna qarşı keçirəcək. Azərbaycan təmsilçisi turnirdə yer aldığı “E” qrupunda ilk və son görüşlərini səfərdə keçirəcək.
Təqvimin tam siyahısı:
20 sentyabr
“Sportinq” – “Qarabağ”
“Arsenal” – “Vorskla”
4 oktyabr
“Vorskla” – “Sportinq”
“Qarabağ” – “Arsenal”
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.