“Naxçıvanı kəşf et” layihəsi davam edir: Gənclər bu dəfə Şərur rayonunda olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclərin Şərur rayonunda fəaliyyət göstərən muzeylərə ekskursiyası təşkil edilib.

Budəfəki ekskursiyada ölkəmizin digər regionlarından  muxtar respublikanın ali və orta ixtisas təhsili müəsissələrində təhsil alan 30 tələbə iştirak edib.  Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli bildirib ki, layihə tələbələrin Naxçıvan Muxtar Respublikası ilə bağlı biliklərinin artırılması, muxtar respublikanın mədəniyyət abidələrinin, teatr və muzeylərinin, milli adət və ənənələrin tanıdılmasına xidmət edir.

Ekskursiya çərçivəsində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində  tələbə gənclərə rayon ərazisindən tapılmış maddi mədəniyyət nümunələri və digər dəyərli eksponatlar barədə məlumat verilib.

Gənclər, həmçinin görkəmli ədib Cəlil Məmmədquluzadənin Cəlilkənddəki xatirə muzeyində də olublar. Muzey bələdçisi bildirib ki, böyük demokrat ədibin vaxtilə çalışdığı məktəb binası Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılıb. 

Ölkəmizin digər regionlarından olan gənclər Şərura ekskursiya zamanı Yengicə  kəndindəki qədim Şərq hamamını da ziyarət ediblər. Tələbələrə bildirilib ki, on səkkizinci əsrdə tikilən Şərq hamamı iyirminci əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Baxımsızlıq səbəbindən dağılmaq vəziyyətində olan  tarixi abidədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpadan sonra istifadəyə verilib.

Ekskursiyanın davamında tələbələr “Arpaçay” Su anbarında da olublar.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: