UEFA Konfrans Liqası: “Fənərbağça” növbəti mərhələdə “Slaviya Praqa” klubu ilə qarşılaşacaq

A- A A+

Dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, püşkatma nəticəsində Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” klubunun da pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Püşkün nəticələrinə əsasən, Qurban Qurbanovun yetirmələri növbəti mərhələdə Fransanın “Marsel” komandası ilə üz-üzə gələcəklər. Ağdamlılar ilk oyunu səfərdə keçirəcəklər.

UEFA Avropa Liqasının E qrupunda “Qalatasaray”, “Lazio” və “Lokomotiv Moskva” komandaları ilə bir qrupda yer alan “Marsel” 7 xalla üçüncü yerdə qərarlaşıb.

Eyni ölkənin komandalarının rəqib ola bilməmələri üçün püşkatmada iştirak edən 16 komanda iki qrupa bölünüb.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Marsel” (Fransa) - “Qarabağ" (Azərbaycan);

PSV (Niderland) - “Makkabi Təl-Əviv” (İsrail);

“Fənərbağça” (Türkiyə) - “Slaviya Praqa” (Çexiya);

“Midtüllan” (Danimarka) - “PAOK” (Yunanıstan);

“Lester Siti” (İngiltərə) - “Randers” (Danimarka);

“Seltik” (Şotlandiya) - “Budyo/Qlimt” (Norveç);

“Sparta Praqa” (Çexiya) - “Partizan” (Serbiya);

“Rapid Vyana” (Avstriya) - “Vitess” (Niderland) və ya “Tottenhem” (İngiltərə) (Daha sonra qərar veriləcək).

Pley-off matçlarının qalibləri UEFA Konfrans Liqasının qrup mərhələsində qruplarda ilk yerləri tutan komandalarla qarşılaşacaqlar.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasında “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) klubları ilə birgə H qrupunda mübarizə aparıb. Qrup mərhələsində 11 xal toplayan ağdamlılar qrupda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıblar. Qrup lideri kimi səkkizdəbir finala İsveçrənin “Bazel” komandası adlayıb.

Pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. UEFA Konfrans Liqasının final görüşü Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: