Boksçumuz Serbiyada beynəlxalq turnirə qələbə ilə başlayıb

A- A A+

Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yığmamızın yarışdakı yeganə idmançısı, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə turnirə qələbə ilə başlayıb. Belə ki, ilk qarşılaşmada moldovalı Vlad Qavriluçla üz-üzə gələn təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib. O, dörddəbir finalda serbiyalı Sandro Poletanla qarşılaşacaq.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: