UEFA Konfrans Liqası: “Qarabağ”ın futbolçusu Kadi Borgesin qolu birinci yerə layiq görülüb

A- A A+

UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri ikinci tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.

Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: