Pauerliftinqçimiz Zaur Cəfərov beşinci dəfə dünya çempionu olub

A- A A+

Moskvada pauerliftinqin WRPF/WEPF versiyası üzrə yeddinci dünya çempionatı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda 32 ölkədən 3 minə yaxın idmançı mübarizə aparıb.

Turnirdə “benç press” hərəkətində ölkəmizi təmsil edən Əməkdar idman ustası Zaur Cəfərov (110 kq) 237,5 kiloqram nəticə ilə beşqat dünya çempionu olub.

Qeyd edək ki, bu nəticə ilə o, həm də dünya rekorduna imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: