"Barselona" ispaniyalı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir

A- A A+

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Xuan Mata karyerasını yenidən İspaniyada davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi "Daily Star"a istinadən xəbər verir ki, "Barselona" 33 yaşlı pleymeykeri heyətinə qatmaq niyyətindədir.

Kataloniya təmsilçisi Matanı ötən yay transfer etmək istəsə də, oyunçu "qırmızı şeytanlar"la müqaviləni yeniləməyi üstün tutub. O, cari mövsüm az forma şansı qazandığı üçün klubunu dəyişməyi planlaşdırır.

"Barselona" ispaniyalı yarımmüdafiəçini yayda azad agent kimi heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Xuan Mata 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə keçib. O, 2007 - 2011-ci illərdə ölkəsində "Valensiya"nın uğurları üçün çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: