"Fənərbağça" meydanda doqquz nəfər qalan "Fateh Karagümrük" klubu ilə bacarmayıb

A- A A+

Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük" doğma meydanda "Fənərbağça”nı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandar Pesic açıb. Matçın 39-cu dəqiqəsində "Fatih Karagümrük"ün iki futbolçusu cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulublar. "Fənərbağça"nın yarımmüdafiəçisi Mesut Özil onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Oyun elə bu hesabla bitib - 1:1.

Günün digər matçlarında "Qaziantep" öz meydanında "Alanyaspor"u 2:1 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Hatayspor"u 3:1 hesabı ilə məğlub edib. "Sivasspor" - "Rizəspor"a görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: